ABV.AZ komandası maliyyə sənədlərinin düzgün sistemləşdirilməsi, saxlanılması və arxivləşdirilməsini təmin edəcək Arxivçi axtarır.
Vəzifə öhdəlikləri:
- Maliyyə sənədlərinin qəbulunu, uçotunu, sistemləşdirilməsini və arxivləşdirilməsini həyata keçirmək;
- Fiziki və elektron arxivlərin təşkili və idarə olunmasını təmin etmək;
- Sənədlərin skan edilməsi və rəqəmsallaşdırılmasını həyata keçirmək;
- Arxiv sənədlərinin məxfiliyini və təhlükəsizliyini təmin etmək;
- Sənədlərin saxlanma müddətlərinə və arxiv vəziyyətinə nəzarət etmək;
- Arxiv üzrə tələb olunan hesabatları hazırlamaq;
- Daxili prosedurlara və qanunvericiliyin tələblərinə riayət etmək.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Arxiv, kargüzarlıq və ya sənədləşmə sahəsində iş təcrübəsi üstünlükdür;
- MS Office, xüsusilə Excel və Word proqramlarında işləmək bacarığı;
- Səliqəlilik, diqqətlilik və məsuliyyətlilik;
- Sənədlərlə sistemli işləmək və məxfi məlumatları qorumaq bacarığı.
Biz təklif edirik:
- İş saatları: Bazar ertəsi – Cümə, 09:00–18:00;
- Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur;
- Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- Peşəkar və dəstəkləyici iş mühiti.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Arxivçi” başlığı ilə göndərə bilərsiniz.