Öhdəliklər
- Məhsul portfelinin inkişafı və optimallaşdırılması – Şəbəkə avadanlıqlarının çeşidini genişləndirmək və təkmilləşdirmək.
- Satış və bazar araşdırmaları – Şəbəkə avadanlıqlarının bazar tələblərini analiz etmək və satış strategiyalarını formalaşdırmaq.
- Vendor və təchizatçılarla əməkdaşlıq – Yeni təchizatçılarla danışıqlar aparmaq və ən uyğun həlləri seçmək.
- Layihə və şəbəkə infrastrukturunun idarə edilməsi – Şəbəkənin genişləndirilməsi, modernizasiyası və yeni texnologiyaların tətbiqi.
- Logistika və satınalma – Satınalma və logistika komandası ilə sıx əməkdaşlıq edərək məhsul təchizatını effektiv idarə etmək.
- Kampaniya və satış dəstəyi – Satışları artırmaq üçün müxtəlif promosyonlar və kampaniyalar hazırlamaq.
- Təhlükəsizlik və keyfiyyətin artırılması – Şəbəkə xidmətlərinin stabil və təhlükəsiz işləməsini təmin etmək.
- Rəqabət və bazar analizi – Şəbəkə avadanlıqları bazarında rəqabət mühitini izləmək və strateji qərarlar vermək.
- Texniki dəstək və təlim – Komandaya şəbəkə və təhlükəsizlik üzrə biliklərin artırılması üçün təlimlərin keçirilməsi.
- Hesabatlıq və monitorinq – Şəbəkə infrastrukturu və məhsul portfeli haqqında rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Tələblər
- Ali təhsil və müvafiq sahədə minimum 2 il iş təcrübəsi
- Azərbaycan dili sərbəst, rus və ingilis dillərindən biri sərbəst ünsiyyət bacarığı
- Marketinq strategiyası və məhsul portfelinin idarə olunması üzrə biliklər
- Satış analizi və bazar araşdırmaları aparmaq bacarığı
- Təchizatçılarla əməkdaşlıq və inventar idarəetməsi təcrübəsi
- Şəbəkə avadanlıqları və infrastrukturu barədə anlayış (TP-link, Cisco, GPON bilikləri üstünlükdür)
Vakansiya ilə bağlı müraciət etmək istəyən namizdələr CV-ni Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.