Kontent üzrə Mütəxəssis / Kopirayter

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kontent üzrə Mütəxəssis / Kopirayter

  • Deadline 22 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Sosial media, bloqlar, veb sayt və e-poçt marketinqi üçün yüksək keyfiyyətli, brend tonuna uyğun və kreativ kontent hazırlamaq;
  • Sayt kontenti, banner mətnləri, sosial media postları və digər marketinq materialları üçün kopiraytinq mətnləri yazmaq;
  • Həftəlik rubrikalar, video kontent formatları və digər kreativ ideyalar təklif etmək;
  • Video formatında kontent ssenariləri yazmaq və çəkiliş proseslərində idarəçi olaraq iştirak etmək;
  • SEO-ya uyğun kontent hazırlamaq və açar sözlər üzrə optimizasiya aparmaq;
  • Komanda ilə birgə çalışaraq strategiya və kampaniyalar üçün yaradıcı kontent həlləri irəli sürmək;
  • Təqdim olunacaq məhsul və xidmətləri araşdırmaq, funksiyalarını və üstünlüklərini dərindən başa düşmək və bu əsasda düzgün kontent hazırlamaq.

Namizədə tələblər:

  • Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Kreativ və analitik düşüncə bacarığı;
  • Yüksək səviyyədə araşdırma və informasiyanı işləmə qabiliyyəti;
  • Güclü yazı üslubu və brendə uyğun ton tapmaq bacarığı;
  • Effektiv kommunikasiya və təqdimat bacarığı;
  • Vaxtın idarə olunması və çoxsaylı tapşırıqların eyni vaxtda icra edilməsi bacarığı;
  • Komandada işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
  • Yeni məhsul və xidmətləri tez bir zamanda mənimsəmək, funksiyalarını dərk etmək və bu bilgilərə əsaslanaraq kontent hazırlamaq qabiliyyəti.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily6
  • Weekly6
  • Monthly2616