Araznet MMC — texnologiya şirkəti olaraq təhlükəsizlik və müşahidə sistemləri, şəbəkə avadanlıqları, ağıllı ev və bina avtomatlaşdırması, yanğından mühafizə, giriş nəzarəti, audio-vizual və enerji infrastrukturu sahələrində satış və layihələndirmə xidmətləri göstərir. Hikvision, TP-Linka, Ezviz və Sonoff kimi dünyaca tanınan brendlərin rəsmi distribütoru olan şirkət, 1993-cü ildən fəaliyyət göstərən ABV mağazalar şəbəkəsi ilə geniş tanınır. 30 ildən artıq ərzində qazandığımız etimad ilə kiçik biznesdən tutmuş iri miqyaslı müəssisələrə qədər minlərlə müştəriyə xidmət göstəririk.
Vəzifə haqqında:
Biz Marketinq komandamıza yaradıcı və texnologiyaya marağı olan bir Kopirayter axtarırıq. Siz brendimizin səsi olacaqsınız — mürəkkəb texnoloji məhsulları aydın, cəlbedici məzmuna çevirərək həm korporativ müştərilərə, həm də son istehlakçılara çatdıracaqsınız. Dizayn, Marketinq və Kommersiya komandaları ilə sıx əməkdaşlıq edərək bütün ünsiyyət kanallarında kontent yaradacaqsınız.
Əsas vəzifələr:
- Məhsul səhifələri, landing page-lər və şirkət saytı üçün SEO tələblərinə uyğun, aydın və cəlbedici mətnlər yazmaq
- Hikvision, TP-Link, Sonoff və digər məhsul xətləri üçün rəqəmsal və çap reklam materialları hazırlamaq
- LinkedIn, Instagram və digər platformalar üçün sosial media kontent təqvimini idarə etmək və məzmun hazırlamaq
- Texniki məhsul təsvirləri və həll brifinqləri oxunaqlı bir dildə hazırlamaq
- Mətn və vizualların bir-birini tamamlamasını təmin etmək üçün Dizayn komandası ilə əməkdaşlıq etmək
- Bütün marketinq materiallarını yayımlanmazdan əvvəl nəzərdən keçirmək və redaktə etmək
Tələblər:
- Kopiraytinq, kontent yazarlığı və ya əlaqəli sahədə 2–5 il iş təcrübəsi
- Müxtəlif format üzrə işləri əks etdirən portfolio (veb, sosial media, e-poçt, reklam)
- Texniki mövzuları anlama və sadə dildə izah etmə bacarığı — texnologiya, B2B və ya elektronika sahəsindəki təcrübə üstünlükdür
- SEO əsasları və kontent optimallaşdırması haqqında biliklər
- Azərbaycan dilində güclü yazılı ifadə bacarığı; ingilis dili biliyi üstünlükdür
- Özünü redaktə edə bilmə və detallara diqqət
- Paralel layihələrin olduğu dinamik mühitdə işləmə bacarığı
Əlavə üstünlüklər:
- Ağıllı ev, şəbəkə avadanlıqları və ya təhlükəsizlik/müşahidə sistemləri sahəsində məlumatlılıq
- E-poçt marketinq alətləri ilə iş təcrübəsi (Mailchimp, GetResponse və s.)
- Google Analytics və ya SEO alətləri (Ahrefs, SEMrush) haqqında əsas biliklər
Müraciət üçün:
CV-nizi mövzu hissəsində "Kreativ Kopirayter" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.