Mühasib-Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib-Operator

  • Deadline 30 İyul 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında

  • ABV komandamıza məsuliyyətli, dəqiq və analitik düşüncə tərzinə malik Mühasib-Operator axtarırıq. Bu vəzifə müəssisədə maliyyə və təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılması, ilkin mühasibat sənədlərinin hazırlanması və müştərilərlə hesablaşmaların operativ idarə edilməsinə cavabdehdir.

Əsas vəzifə öhdəlikləri

  • Müəssisədə həyata keçirilən təsərrüfat əməliyyatlarının mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsini təmin etmək;
  • İlkin mühasibat sənədlərini (e-qaimə, hesab-faktura, təhvil-təslim aktı və s.) hazırlamaq, yoxlamaq və qeydiyyata almaq;
  • Elektron qaimə-fakturaları tərtib etmək, göndərmək və uçotunu aparmaq;
  • Müştəri və təchizatçılar üzrə qarşılıqlı hesablaşmaları aparmaq, üzləşmələri həyata keçirmək və üzləşmə aktlarını hazırlamaq;
  • Debitor və kreditor borclarının uçotunu aparmaq, məlumatların düzgünlüyünü və aktuallığını təmin etmək;
  • Mühasibat sənədlərini toplamaq, sistemləşdirmək və arxivləşdirmək;
  • Rəhbərlik tərəfindən tələb olunan maliyyə və əməliyyat hesabatlarının hazırlanmasına dəstək göstərmək;
  • Mühasibat uçotu, vergi və əmək qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmək;
  • Birbaşa rəhbərin verdiyi digər xidməti tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər

  • Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali və ya orta ixtisas təhsili;
  • Mühasibatlıq sahəsində ən azı 1 il iş təcrübəsi;
  • 1C proqramı ilə işləmək bacarığı;
  • E-Taxes (e-taxes.gov.az) portalı ilə işləmək bacarığı;
  • Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə, diqqətlilik və yüksək məsuliyyət hissi;
  • Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.

Biz təklif edirik

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • 5 günlük iş rejimi: 09:00–18:00
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera və peşəkar inkişaf perspektivi;
  • Stabil əməkhaqqı və motivasiya sistemi;
  • Korporativ təlim və inkişaf imkanları.

CV-nizi mövzu hissəsində "Mühasib-Operator" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily8
  • Weekly225
  • Monthly8