Riyaziyyat müəllimi

  • Истекает 28 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

7–15 yaş arası uşaqlar üçün məktəbdən sonra hazırlıq proqramı həyata keçiririk. Proqramın əsas məqsədi şagirdlərin riyazi düşünmə və problem həll etmə bacarıqlarının inkişafına, eləcə də akademik nəticələrinin yüksəldilməsinə dəstək olmaqdır.

Bu məqsədlə komandamıza rus bölməsində təhsil alan şagirdlərə riyaziyyat fənnini tədris edəcək müəllim dəvət edirik.

Vəzifə öhdəlikləri

  • Şagirdlərin ilkin bilik səviyyəsinin müəyyənləşdirilməsi;
  • 7–15 yaş arası şagirdlər üçün Riyaziyyat dərslərinin planlaşdırılması və keçirilməsi;
  • Riyazi məntiq, analitik düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi;
  • Dərs materiallarının, praktiki tapşırıqların və əlavə çalışmaların hazırlanması;
  • Şagirdlərin akademik inkişafının və nəticələrinin mütəmadi izlənilməsi;
  • Tədris nəticələrinə əsasən şagirdlərin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.

Tələblər

  • Riyaziyyat üzrə ali təhsil;
  • Rus dilində sərbəst danışıq və tədris aparmaq bacarığı;
  • Müəllimlik, Olimpiada hazırlığı və ya repetitorluq sahəsində iş təcrübəsi;
  • Müasir təhsil metodikaları və rəqəmsal tədris alətləri ilə işləmək bacarığı;
  • Uşaqların yaş və fərdi xüsusiyyətlərinə uyğun tədris metodlarından istifadə bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • Müasir və interaktiv tədris metodlarına açıq olmaq.

ACA LAB nə təklif edir?

  • Peşəkar və müasir təhsil mühiti;
  • Metodiki və komanda dəstəyi;
  • Peşəkar inkişaf və karyera imkanları;
  • Stabil və uzunmüddətli əməkdaşlıq perspektivi.
  • Əməkhaqqı və digər əməkdaşlıq şərtləri: Müsahibə zamanı müəyyən edilir.

Maraqlanan namizədlər öz CV-lərini raciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

CV göndərərkən e-mailin Mövzu (Subject) hissəsində “Riyaziyyat müəllimi” qeyd edilməlidir.

  • Daily116
  • Weekly652
  • Monthly2405