“A+CO” ASC “Aparıcı mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- İstehsalat fəaliyyəti üzrə mühasibat uçotunu mövcud qanunvericiliyə uyğun şəkildə aparmaq ;
- Vergi bəyannamələrini hazırlamaq, yoxlamaq və elektron qaydada vaxtında göndərmək;
- Vergi hesabatlarının düzgünlüyünü təmin etmək, riskləri əvvəlcədən təhlil etmək və aradan qaldırmaq;
- Elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Müqavilələri düzəliş etmək, aktları, hesab fakturaları, protokolları və digər növ mühasibatlıq sənədləri tərtib etmək;
Tələblər:
- İqtisadiyyat, Maliyyə, Mühasibatlıq sahəsində ali təhsil;
- Mühasibatlıq üzrə minimum 3 illik iş təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür);
- 1C və MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı;
- Vergi qanunvericiliyini yaxşı bilmək;
- Peşəkar mühasib sertifikatı və ACCA sertifikatlarına sahib olmaq üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır;
- Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.