“A+CO” ASC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək;
- Büdcə üzrə kənarlaşmaları təhlil etmək
- Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
- Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək;
- Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq;
- Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq;
- Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq;
- Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq;
- Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək;
- Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək.
Namizədə dair tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür);
- Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər;
- Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı;
- Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər;
- Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı;
- Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik.
Üstünlük hesab olunur:
- Logo , ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi;
- Power BI üzrə biliklər;
- Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi;
- MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər.
Şəxsi keyfiyyətlər:
- Analitik və məntiqi düşünmə;
- Dəqiqlik və diqqətlilik;
- Təşəbbüskarlıq;
- Məxfi məlumatlarla işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.