“A+CO” ASC “Əsas vəsaitlərin uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Əsas vəsaitlərin və QMA-in alışı və balans dəyərini formalaşdıran xərclərin uçotu;
- Əsas vəsaitlərin istismara verilməsi,yerdəyişməsi,məsul şəxslərin adına təhkim olunması və çıxarılması,silinməsi əməliyyatlarının icrası;
- Kapital məsrəflərinin (CAPEX) uçotunun aparılması;
- Əsas vəsaitlərin amortizasiya xərclərinin hesablanması və uçotda əks etdirilməsi;
- Əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək,nəticələrin təhlili və araşdırılması;
- Əsas vəsaitlər üzrə dövri hesabatların hazırlanması;
- Mövcud prosedurların təkmilləşdirilməsi və proseslərin prosedur üzrə icra olunmasına nəzarət olunması;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
- Əsas vəsaitlərin uçotu üzrə minimum 1 il iş təcrübəsi;
- Program bilikləri (Logo tiger və Microsoft office);
- F3 sertifikatı və İAS 16 üzrə təcrübəsi olanlara üstünlük veriləcək.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əsas vəsaitlərin uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.