Vəzifə öhdəlikləri:
- Açıq vakansiyaları təhlil etmək, şirkət daxili və şirkət xarici elanları hazırlamaq və yerləşdirmək;
- Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışını icra etmək;
- Gündəlik müsahibə cədvəlini aparmaq;
- Namizədlər üçün imtahanları və test yoxlanışlarını təşkil etmək;
- Müsahibədən sonra namizədlərə nəticələrlə bağlı məlumat vermək;
- Şirkətin işə qəbul siyasətinə riayət olunmasını təmin etmək;
- İlkin tanışlıq (on boarding) və adaptasiyanın izlənilməsi prosesini təşkil etmək.
Tələblər:
- Ali təhsil (İnsan resursları, menecment, sosiologiya və ya psixologiya);
- İşə qəbul üzrə təcrübə arzuolunandır;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Məsuliyyətlilik, komanda ilə iş bacarığı.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki: 5 günlük, saat 08:00-17:00;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İşə qəbul üzrə kiçik mütəxəssis" yazaraq Müraciət et butonunda qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.