“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
Vəzifə öhdəlikləri:
- Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi;
- Xərc smetasının icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ;
- Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi;
- Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi;
- Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması ;
- Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ;
- Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ;
- Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi ;
- İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ;
- Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması ;
- İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması);
- İxrac əməliyyatlarının uçotu;
- İdxal və ixrac üzrə debitor,kreditor üzləşmələrinin aparılması;
- Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ;
- Rəhbərlik tərəfindən tapşırıqların icrası.
Bilik və bacarıqlar:
- Excel yaxşı səviyyədə.
- Logo Tiger yaxşı səviyyədə.
- ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər.
- Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes,e-customs)
İş şəraiti:
- İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu);
- İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.