IT texniki dəstək üzrə kiçik mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

IT texniki dəstək üzrə kiçik mütəxəssis

  • Deadline 24 September 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

A+CO” ASC “IT texniki dəstək üzrə kiçik mütəxəssis vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:

Kompüter və proqram təminatı

  • Kompüterlərin proqram təminatının quraşdırılması və sazlanması
  • Windows əməliyyat sistemlərinin quraşdırılması və konfiqurasiyası
  • Microsoft Office proqramlarının quraşdırılması və sazlanması
  • İstifadəçilərin qarşılaşdığı proqram və əməliyyat sistemi problemlərinin aradan qaldırılması

Server və istifadəçi idarəetməsi

  • Active Directory-nin idarə olunması
  • Microsoft Windows Server-in idarə olunması və sazlanması
  • RDP / Terminal Server-in idarə olunması
  • Microsoft Exchange mail serverinin idarə olunması
  • İstifadəçi hesablarının, giriş icazələrinin və digər əlaqəli xidmətlərin idarə olunması

Şəbəkə və rabitə

  • Lokal şəbəkənin qurulması və sazlanması
  • Şəbəkə avadanlıqlarının qoşulması və ilkin konfiqurasiyası
  • Switch-lərin qoşulması, sazlanması və aktivləşdirilməsi
  • UniFi Controller-in idarə olunması
  • RJ45 konnektorlarının düzgün sıxılması və kabel xətlərinin hazırlanması
  • Analog telefonların quraşdırılması və sazlanması

Printer və ofis avadanlıqları

  • Printerlərin quraşdırılması və sazlanması
  • Printerlərin şəbəkəyə qoşulması
  • Çap və skan funksiyalarının sazlanması
  • İstifadəçilərə çap və skan prosesləri ilə bağlı dəstəyin göstərilməsi

Kamera və təhlükəsizlik sistemləri

  • IP kamera sistemlərinin quraşdırılması və sazlanması
  • IP kameraların şəbəkəyə qoşulması və konfiqurasiyası
  • NVR cihazlarının quraşdırılması, sazlanması və idarə olunması
  • Kamera sistemlərində yaranan texniki problemlərin aşkarlanması və aradan qaldırılması
  • Üz tanıma sistemlərinin idarə olunması və sazlanması

İnventar və texniki nəzarət

  • IT avadanlıqlarının inventarının düzgün aparılması və idarə olunması
  • Kompüter, printer, şəbəkə və digər IT avadanlıqlarının texniki vəziyyətinə nəzarət
  • İstifadəçilərə gündəlik texniki dəstəyin göstərilməsi

Tələblər:

  • Müvafiq sahə üzrə 1 ilədək iş stajı;
  • Bakalavr təhsilini tamamlamış (İT sahəsi üzrə arzuolunandır);
  • Məntiqi və analitik düşünmə qabiliyyəti;
  • Windows əməliyyat sistemləri haqqında ümumi anlayış;
  • CCTV və IP kameraların qoşulması və qurulması üzrə bilik və bacarıqlar;
  • Kabel çəkilməsi, Wİ-Fİ nöqtələrinin qoşulması üzrə nəzəri biliklər;
  • İT texniki dəstək sahəsində təcrübə üstünlükdür.

İş şəraiti: 

  • Əmək haqqı  - Bilik və bacarıqlara uyğun təyin olunacaq
  • İş yeri: Xırdalan şəhəri;
  • 5/7 iş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək; 
  • Nahar və servis şirkət tərəfindən təmin olunur; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “IT texniki dəstək üzrə kiçik mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Daily147
  • Weekly286
  • Monthly2045