Vəzifə öhdəlikləri:
- Sənədləşmə işlərini icra etmək;
- Müqavilələri hazırlamaq və onlara düzəlişlər etmək;
- Aktları, hesab-fakturaları, protokolları və digər mühasibatlıq sənədlərini tərtib etmək;
- Elektron qaimə-fakturaları hazırlamaq, göndərmək və onların doğruluğunu yoxlamaq;
- Yerli və beynəlxalq ödəniş əməliyyatlarını düzgün və vaxtında icra etmək;
- Gömrük bəyannamələri və xarici ödəniş sənədlərinin banklarda vaxtında bağlanmasına nəzarət etmək;
- Baş mühasib tərəfindən verilən tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
- Mühasib vəzifəsi üzrə minimum 1 illik iş təcrübəsi;
- 1C və MS Office proqramlarından istifadə bacarığı;
- Dil bilikləri: Azərbaycan və Rus dili;
- Məntiqi və analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
- İş yeri: Xırdalan şəhəri;
- İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
- Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.