Mühasib

  • Истекает 12 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasibat və vergi xidmətləri göstərən komandamıza Mühasib axtarırıq.

Vəzifə baş mühasibin rəhbərliyi altında istehsal müəssisələrinin gündəlik mühasibat uçotunun aparılmasını və uçot sisteminin qurulmasında iştirakı əhatə edir.

Əsas vəzifələr:

  • İlkin mühasibat sənədlərinin yoxlanılması və əməliyyatların uçot proqramına daxil edilməsi;
  • Bank və kassa əməliyyatlarının uçotunun aparılması;
  • Alış-satış əməliyyatlarının işlənməsi, elektron qaimələrin hazırlanması və yoxlanılması;
  • Debitor və kreditor borclarının uçotu, qarşı tərəflərlə üzləşmələrin aparılması;
  • Xammal, material və hazır məhsulların giriş-çıxış əməliyyatlarının uçotu;
  • İstehsal xərclərinin uçotunda və maya dəyəri hesablamaları üçün məlumatların hazırlanmasında iştirak;
  • Əməkhaqqı, məzuniyyət və digər ödənişlərin hesablanması;
  • Baş mühasibin nəzarəti altında vergi, statistika və digər məcburi hesabatların hazırlanması;
  • Ayın bağlanması üçün hesablar üzrə üzləşmələrin aparılması və məlumatların hazırlanması;
  • İlkin qalıqların müəyyənləşdirilməsi, əvvəlki dövrlərin uçotunun bərpası və ERP sisteminin tətbiqi işlərində iştirak;
  • Mühasib köməkçisi və müəssisələrin əməkdaşları ilə sənəd dövriyyəsinin koordinasiyası.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə ali və ya orta ixtisas təhsili;
  • Mühasib kimi ən azı 2 il iş təcrübəsi;
  • Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
  • 1C və ya digər mühasibat proqramlarında işləmək bacarığı;
  • Excel-dən sərbəst istifadə etmək;
  • Elektron vergi portalı və internet bankçılıq sistemlərində işləmək bacarığı;
  • Sənədlərlə diqqətli işləmək, tapşırıqları vaxtında yerinə yetirmək və komandada çalışmaq bacarığı.

İstehsalat və anbar uçotu üzrə təcrübə üstünlükdür.

İş şəraiti:

  • Aylıq əməkhaqqı: razılaşma yolu ilə;
  • Tam iş günü;
  • Baş mühasibin rəhbərliyi altında, mühasib köməkçisi ilə birlikdə iş;

İş yeri: “Acon Tax and Accounting” MMC, Bakı şəhəri, 8 noyabr prospekti, Azure Business Center

İş qrafiki: həftənin 5 günü, saat: 09:00 - 17:30

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly215
  • Monthly1073