Xadimə

  • Истекает 13 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ADA Universiteti Xadimə vəzifəsinə məsuliyyətli, diqqətli və işgüzar namizədləri dəvət edir.Vəzifənin əsas məqsədi universitetin kampus ərazisində təmizlik və gigiyena standartlarının təmin edilməsi, səliqəli və təmiz iş mühitinin qorunmasıdır.

İş öhdəlikləri:

  • Gündəlik təmizlik işlərini yerinə yetirmək;
  • Tədbirlərdən öncə və sonra ərazinin səliqəsini təmin etmək;
  • Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
  • Kampus ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
  • Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
  • Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.

Tələblər:

  • Vəzifə üzrə minimum 6 ay iş təcrübəsi;
  • Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Məxfiliyi qorumaq bacarığı;
  • Məsuliyyətli və mehriban davranış;
  • Təmizləyici vasitələrdən istifadə etmək bacarığı;
  • Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı;
  • Arzuolunan yaş aralığı 30-43;

Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Xadimə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

 Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.  

  • Daily13
  • Weekly587
  • Monthly473