İş haqqında məlumat:
- Sosial media platformaları üçün (Facebook, Instagram, LinkedIn, TikTok və s.) aylıq taktikaların və rüblük strategiyaların hazırlanması;
- Planlaşdırılmış məzmunun vaxtında paylaşılması və hər platformanın tələblərinə uyğun optimallaşdırılması;
- Paylaşımların performansını izləmək və dəyərləndirmək;
- Hesabatlar hazırlayaraq strateji təkliflər vermək;
- İstifadəçilərin sorğularını və şərhlərini cavablandırmaq, aktiv olaraq auditoriya ilə əlaqə saxlamaq;
- Brend imicini qorumaq və inkişaf etdirmək üçün cəmiyyətlə effektiv kommunikasiyanı təmin etmək;
- Sosial media platformalarında ödənişli reklam kampaniyalarının planlaşdırılması və həyata keçirilməsi;
- Büdcənin idarə olunması və reklam nəticələrinin təhlil edilməsi;
- Ofis daxili həftə içi 5 gün, 09:00 - 18:00 iş qrafiki;
- İllik hədəflər yerinə yetirildikdə 13cü maaş bonus olacaq;
- Aylıq team building tədbirlərində iştirak;
- Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun olaraq rəsmiləşdirmə;
- Əmək haqqı görüş zamanı müzakirə ediləcək.
Tələblər:
- Sosial media platformalarında (Facebook, Instagram, Tiktok, Telegram, Linkedin və s.) reklam yerləşdirmə bacarığı;
- Xarici dil biliyi arzu olunandır;
- Yaradıcı düşüncə;
- Disiplinli;
- Uğur qazanmağa həvəsli;
- Özünüinkişafı planlama və vaxt idarəetmə bacarığı;
- Öyrənməyə və inkişaf etməyə meyilli olan.
CV-lərinizi aşağıda qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərsiniz.