Adentta MMC Adentta MMC
  • 595

1C Mühasib-Operator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1C Mühasib-Operator

  • Deadline 16 May 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Adentta 2019-cu ildən etibarən Bakıda fəaliyyət göstərən, stomatologiya və xüsusilə implantologiya sahəsində ixtisaslaşmış distribütor şirkətdir. Biz qlobal miqyasda tanınmış stomatoloji brendlərlə əməkdaşlıq edərək, keyfiyyətli və innovativ məhsulların idxalı və satışını həyata keçiririk.

İşin təsviri:

  • 1C proqramında mühasibat və anbar əməliyyatlarının düzgün icrasına, hesabatların hazırlanmasına və rəhbərliyə təqdim edilməsinə cavabdeh olacaq.

Əsas vəzifələr:

  • 1C proqramında alış-satış qaimələrinin, müqavilə və aktların hazırlanması
  • Gündəlik kassa, bank və depozit əməliyyatlarının sistemə işlənməsi
  • Elektron qaimələrin göndərilməsi və qarşı tərəflərlə üzləşmələrin aparılması
  • Gömrük (YGB) sənədlərinin 1C-yə daxil edilməsi və arxivləşdirilməsi
  • Sənədlərin düzgün qaydada və tarixlər üzrə arxivlənməsinin təmin edilməsi

Tələblər:

  • Ali təhsil
  • 1C proqramında sərbəst işləmək bacarığı
  • Excel-də hesabat, cədvəl və formullarla işləmə bacarığı
  • Satış və mal hərəkəti üzrə analiz aparmaq bacarığı
  • Dəqiqlik və məsuliyyətlilik

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • İş ünvanı: Bakı şəhəri, Səməd Vurğun küçəsi (mağaza back office)
  • Əmək haqqı: Fiks 800 AZN və rüblük bonus

Göstərilən tələblərə uyğun gələn namizədlərdən Azərbaycan dilində tərtib olunmuş CV-lərini mövzu hissəsinə “1C Mühasib-Operator” qeyd edərək Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərmələri xahiş olunur.

  • Daily117
  • Weekly597
  • Monthly1690