Maliyyə hesabatlarının hazırlanması
- Aylıq, rüblük və illik maliyyə hesabatlarını (mənfəət və zərər hesabatı, balans, pul vəsaitlərinin hərəkəti hesabatı, kapitalda dəyişikliklər hesabatı) IFRS Standartlarına uyğun hazırlamaq.
- Maliyyə hesabatlarına izahlı qeydləri hazırlamaq.
- Dövlət orqanlarına, səhmdarlara, banklara və digər maraqlı tərəflərə təqdim olunan hesabatları vaxtında və dəqiq hazırlamaq.
Dövr sonu bağlanışı və uçotun düzgünlüyü
- Ay sonu və il sonu bağlanış prosesini koordinasiya etmək, bağlanış qrafikinə əməl olunmasına nəzarət etmək.
- Hesablanmış xərclər, təxirə salınmış gəlirlər, amortizasiya, ehtiyatlar və digər düzəliş yazılışlarını hazırlamaq və yoxlamaq.
- Baş kitab hesablarının yardımçı uçot registrləri, bank çıxarışları və kontragentlərlə üzləşdirilməsini (reconciliation) aparmaq və fərqləri aradan qaldırmaq.
- Debitor və kreditor borcların düzgünlüyünün yoxlanılması və nəzarət. Üzləşdirmə aktlarının hazırlanmasında iştirak etmək.
Maliyyə nəzarəti və daxili nəzarət
- Maliyyə əməliyyatlarının daxili qaydalara, uçot siyasətinə və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.
- Daxili nəzarət prosedurlarını hazırlamaq, tətbiqini izləmək və onların effektivliyini qiymətləndirmək.
- Ödənişlərin, xərclərin və müqavilə öhdəliklərinin təsdiq limitlərinə və büdcəyə uyğunluğunu yoxlamaq.
- Risk sahələrini, uyğunsuzluqları müəyyən edib rəhbərliyə məlumat vermək.
Büdcə nəzarəti və idarəetmə hesabatlığı
- Faktiki göstəriciləri büdcə və proqnozlarla müqayisə etmək, kənarlaşmaların (variance analysis) səbəblərini təhlil etmək.
- Rəhbərlik üçün idarəetmə hesabatlarını, əsas maliyyə göstəricilərini (KPI) və analitik panelləri hazırlamaq.
- Büdcə və proqnozlaşdırma prosesində iştirak etmək, struktur bölmələrə metodiki dəstək göstərmək.
- Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq.
Vergi və tənzimləyici hesabatlıq
- Vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək və ya onların maliyyə uçotu məlumatları ilə uyğunluğunu yoxlamaq.
- Statistika orqanlarına və digər tənzimləyici qurumlara təqdim olunan hesabatların vaxtında təqdimatını təmin etmək.
- Qanunvericilikdə və standartlarda baş verən dəyişiklikləri izləmək və onların şirkətə təsirini qiymətləndirmək.
Audit və yoxlamalara dəstək
- Xarici və daxili auditlər, vergi yoxlamaları zamanı lazımi sənədləri və izahatları hazırlamaq.
- Auditor tövsiyələrinin icrasına nəzarət etmək.
Uçot siyasəti və proseslərin təkmilləşdirilməsi
- Uçot siyasətinin, daxili təlimatların və hesabatlıq prosedurlarının hazırlanmasında və yenilənməsində iştirak etmək.
- Hesabatlıq proseslərinin avtomatlaşdırılması və ERP/mühasibat sistemlərinin (1C, SAP, Oracle və s.) səmərəli istifadəsi üzrə təkliflər vermək.
- Maliyyə məlumatlarının bütövlüyünü, məxfiliyini və arxivləşdirilməsini təmin etmək.
Digər öhdəliklər
- Digər struktur bölmələrlə (satınalma, satış, hüquq, İR) maliyyə məsələləri üzrə əməkdaşlıq etmək.
- Rəhbərliyin verdiyi digər tapşırıqları vəzifə səlahiyyətləri çərçivəsində yerinə yetirmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
- Mühasibat uçotu, hesabatlıq və ya vergi sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Maliyyə hesabatlarının hazırlanması təcrübəsi, IFRS Standartlarını bilmək;
- “Mühasibat uçotu haqqında” Qanunu və uçot prosedurlarını dərindən bilmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini dərindən bilmək və vergi bəyannamələrinin yoxlanılması təcrübəsi;
- 1C:Mühasibat proqramında sərbəst işləmək bacarığı (ay sonu bağlanışı, dövriyyə-saldo cədvəli, hesab təhlili);
- e-taxes.gov.az şəxsi kabineti ilə işləmək bacarığı;
- MS Excel-i yüksək səviyyədə bilmək (Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS, məlumatların üzləşdirilməsi);
- Yüksək diqqətlilik, məsuliyyətlilik, son tarixlərə əməl etmək və məxfi məlumatlarla işləmə bacarığı;
- Azərbaycan dili – sərbəst, İngilis dili bilikləri üstünlükdür;
- ACCA, DipIFR və ya oxşar peşəkar sertifikatların olması üstünlükdür.
Təklif edilir:
- Tibbi Sığorta;
- Korporativ nömrə;
- Nahar təminatı;
- Dinamik mühitdə işləmək və inkişaf şansı;
- Rahat və müasir ofis.
İş şəraiti:
- İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza;
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Hesabatlılıq və Maliyyə Nəzarəti üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz