Sürücü

  • Истекает 8 октябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz məsuliyyətli, intizamlı və peşəkar Sürücü axtarır.

Vəzifə öhdəlikləri:

  • Şirkət tərəfindən təqdim olunan nəqliyyat vasitəsini təhlükəsiz idarə etmək;
  • Təyin edilmiş marşrut və ünvanlar üzrə hərəkəti vaxtında təmin etmək;
  • Yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətinə gündəlik nəzarət etmək;
  • Avtomobili daim təmiz və səliqəli vəziyyətdə saxlamaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.

​​​​​​​Namizədə tələblər:

  • B kateqoriyalı sürücülük vəsiqəsi;
  • Sürücü vəzifəsində minimum 2 il iş təcrübəsi;
  • Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;
  • Yol hərəkəti qaydalarını mükəmməl bilmək;
  • Məsuliyyətli, dürüst, punktual və intizamlı olmaq;
  • Səliqəli xarici görünüş və nəzakətli ünsiyyət bacarığı;
  • Avtomobilin texniki vəziyyəti haqqında ilkin biliklərə malik olmaq.

​​​​​​​​​​​​​​İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;
  • Məşğulluq növü: Tam ştat;
  • İş rejimi: Həftədə 5 tam iş günü, 6-cı gün yarım iş günü;
  • Əməkhaqqı: 800 AZN;
  • Şirkətə məxsus nəqliyyat vasitəsi təqdim olunur;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə və ya 050 830 11 10 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

  • Daily113
  • Weekly256
  • Monthly737