Baş mühasib

  • Истекает 5 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

ADORE Kompani MMC (Bakıda və Azərbaycanın regionlarında fəaliyyət göstərən parfümeriya və kosmetika mağazaları şəbəkəsi) komandasına baş mühasib vəzifəsinə namizəd axtarır. Vəzifə maliyyə direktoruna tabedir.

Əsas vəzifələr:

  • Şirkətin mühasibat uçotunun təşkili və ona tam nəzarət;
  • Aylıq, rüblük və illik vergi və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Vergi orqanlarının sorğularının cavablandırılması, kameral uyğunsuzluqların aradan qaldırılması;
  • Xərc sənədlərinin düzgün rəsmiləşdirilməsinə və 1C-də əks olunmasına nəzarət;
  • Mühasibat əməkdaşlarının işinin təşkili və nəzarəti;
  • Audit yoxlamaları üçün lazımi hesabatların hazırlanması;
  • 1C 8.3 (ERP konfiqurasiyası) üzrə problemlərin aşkarlanması və proqram tərəfdaşı ilə birgə həlli.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Mühasibat uçotu sahəsində ən azı 5 illik təcrübə, o cümlədən ən azı 2 il baş mühasib (və ya müavini) vəzifəsində;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini, mühasibat uçotu standartlarını və statistik hesabatlılıq qaydalarını dərindən bilmək;
  • ƏDV, mənfəət vergisi, ödəmə mənbəyindən tutulan vergi və icbari dövlət sosial sığorta haqları üzrə hesabatların tam dövrü üzrə müstəqil təcrübə;
  • e-taxes.gov.az elektron kabinetində və kameral yoxlamalar üzrə iş təcrübəsi;
  • 1C 8.3 (ERP konfiqurasiyası) proqramında peşəkar səviyyədə işləmək bacarığı;
  • MS Excel proqramını yüksək səviyyədə bilmək;
  • Komandanı idarəetmə bacarığı, məsuliyyət və dəqiqlik;
  • Azərbaycan dili - mükəmməl; rus dili - arzuolunandır.

Üstünlük verilir:

  • Regional filialları olan pərakəndə satış, ticarət və ya distribusiya şirkətində təcrübə (mal-material uçotu, inventarizasiya, idxal əməliyyatları);
  • Auditorlarla iş təcrübəsi;
  • MHBS bilikləri, ACCA / DipIFR və ya peşəkar mühasib sertifikatı.

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi və sosial təminat;
  • Əmək haqqı - razılaşma əsasında;
  • 5 günlük iş həftəsi; iş saatları: 09:00-18:00;
  • Sabit və inkişaf edən şirkətdə uzunmüddətli iş.

Müraciət üçün CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

  • Daily5
  • Weekly581
  • Monthly582