Kateqoriya Lideri (Dekorativ kosmetika, üz və bədənə qulluq, k-beauty, saç baxımı/mass və orta qiymət seqmenti)
Adore, Sabina və Voyage Beauté mağazalar şəbəkəsində dekorativ və qulluq kateqoriyalarını idarə edəcək təcrübəli və liderlik bacarığına sahib Kateqoriya Lideri axtarılır. Komandaya rəhbərlik edəcək, satış strategiyasını quracaq və bazarda güclü mövqe əldə edəcək peşəkar axtarırıq.
İş barədə məlumat:
- Kateqoriya üzrə satış planlarının maksimum marjalılıqla icrasına rəhbərlik etmək;
- Təchizatçılarla effektiv əməkdaşlıq edərək, müştəri yönümlü və rəqabətədavamlı assortimentin formalaşdırılması;
- Komandadakı kateqoriya menecerlərinin (2 - 4 nəfər) işinə rəhbərlik və inkişaf planlarının qurulması;
- Qiymət strategiyalarının müəyyənləşdirilməsi və bazara uyğun tənzimlənməsi;
- Marketinq və treyd-marketinq fəaliyyətlərinin təşkili və nəzarəti;
- Mağazalarda məhsul zonasının layihələndirilməsi və optimallaşdırılması;
- Satış, marja və promo-effektivlik üzrə analitik hesabatların hazırlanması.
Namizədə tələblər:
- Beauty retail və ya FMCG sektorunda kateqoriya və ya brend menecment üzrə 3–5 il iş təcrübəsi;
- Mass və orta qiymət seqmentində kosmetika və qulluq bazarının əla anlaşılması;
- Təchizatçılar və əsas müştərilərlə danışıqlar aparmaq bacarığı;
- Assortiment idarəçiliyi və qiymətqoyma prinsiplərinin bilikləri;
- Analitika və əsas performans göstəriciləri ilə işləmək təcrübəsi;
- Eyni anda bir neçə şöbə (pərakəndə satış, marketinq, distribusiya) ilə çevik işləmək bacarığı;
- Liderlik keyfiyyətləri və komanda formalaşdırmaq təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili.
İş şəraiti:
- Stabil və motivasiyaedici əmək haqqı sistemi;
- Şirkət daxili və xarici təlimlərdə iştirak imkanı;
- Karyera yüksəlişi üçün inkişaf perspektivləri;
- Dinamik və dəstəkləyici iş mühiti.
- İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək;
- Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və mövzu hissəsində vakansiyanın adını «Kateqoriya Lideri» olaraq qeyd etməyiniz xahiş olunur.