İş təsviri:
- İnşaat layihələrinin yerində topoqrafik ölçmələrinin aparılması, ərazinin üçölçülü xəritələrinin hazırlanması.
- Topoqrafik məlumatları toplayaraq, mühəndislər və layihə menecerləri üçün dəqiq hesabatlar hazırlamaq.
- Yüksəklik, məsafə və koordinat ölçmələri aparmaq və bu məlumatları dəqiq şəkildə qeydə almaq.
- İnşaat işlərinin düzgün və dəqiq yerinə yetirilməsi üçün müvafiq xəritə və planların hazırlanmasında iştirak etmək.
- Ərazi ölçmə işlərini müvafiq avadanlıqlar (Cihazlar, GPS sistemləri və digər müvafiq alətlər) ilə həyata keçirmək.
- Layihənin planına uyğun olaraq, yerindəki dəyişiklikləri və ölçmələri izləmək, nöqsanları təyin etmək və müvafiq düzəlişləri təmin etmək.
- Şirkət və müştəri tələbləri əsasında topoqrafik məlumatları hazırlayaraq texniki dəstək göstərmək.
- Layihənin ilkin mərhələsindən başlayaraq, son mərhələyə qədər layihə rəhbərlərinə və komandalara texniki məsləhətlər vermək.
Əsas bacarıqlar:
- Topoqrafiya və ya əlaqəli sahə üzrə ali təhsil (geodeziya, inşaat mühəndisliyi və ya bənzər sahələrdə).
- Topoqrafik ölçmələr aparmaq üçün ən azı 2-3 il iş təcrübəsi.
- Topoqrafik avadanlıqlar (total stansiya, GPS) və müvafiq proqram təminatları ilə işləmək bacarığı.
- Microsoft Office, AutoCAD, və digər müvafiq proqramlarla işləmək bacarığı.
Biz təklif edirik:
- 5 günlük iş həftəsi;
- İş saatı: 09:00-18:00
- Rəsmi əmək müqaviləsi;
- Maaş: 1500 AZN (net)
- Korporativ nömrə
Tələblərə cavab verən namizədlər mailin başlığında “Topoqraf” yazmaqla CV formalarını elektron poçt ünvanına göndərə bilər və ya 050 250 78 95 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaq.