Vəzifə öhdəlikləri:
- Avtoyükləyicini yoxlamaq, aşkar edilmiş qüsurları iş öncəsi yoxlama vərəqində qeyd etmək və qüsurlar haqqında rəhbərliyə məlumat vermək;
- Avtoyükləyicini təhlükəsizlik qaydalarına uyğun idarə etmək;
- Avtoyükləyicinin yükqaldırıcı mexanizmlərinin idarə etmə tərtibatlarından istifadə etmək;
- Avtoyükləyici vasitəsi ilə qəbul edilmiş və göndərilməyə hazırlanmış yükləri müvafiq nəqliyyat vasitəsindən və ya vaqonlardan yükləmə boşaltma əməliyyatını icra etmək;
- Avtoyükləyicidə baş verən və ya yaranma ehtimalı olan nasazlıqları aşkar etmək;
- Beynəlxalq və yerli qanunvericiliyin tələblərinə müvafiq olaraq avtoyükləyicini təhlükəsiz idarə etmək;
- İş yeri və icra edəcəyi tapşırıq ilə əlaqəli mövcud olan təhlükələri aşkar etmək;
- Daşınacaq yükləri təhlükəsiz qaydada yığmaq;
- Avtoyükləyicini təhlükəsiz və istifadəyə yararlı saxlamaq;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək.
Namizədə olan tələblər:
- Təhsil: Peşə (müvafiq sahə üzrə)
- Avtoyükləyici peşəsi üzrə sertifikat və vəsiqə
- İş stajı: 1 il
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülkü-müdafiə qaydaları üzrə biliklər; Dəmir yolu nəqliyyatında
- təhlükəsizlik qaydaları üzrə biliklər; Avtoyükləyicinin quruluşu, bütün nəqliyyat növlərində yüklərin yüklənib-boşaldılması üsulları; Yol hərəkəti qaydaları və müəssisənin ərazisində
- hərəkət qaydaları
- Diqqətlilik, müstəqil işləmə, nəticə yönümlülük, problem həlletmə bacarıqları
İş qrafiki:
- İş rejimi: 6 günlük
- İş saatı: həftə içi 09:00 – 17:00; həftə sonu 09:00 – 15:00
- Əmək haqqı: 800 AZN
- İş yeri: Sumqayıt Yük Terminalı
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Avtoyükləyici” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.