Direktorun köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Direktorun köməkçisi

  • Deadline 22 February 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Strukturların fəaliyyətinə aid olan sənədləri nəzərdən keçirirək cəmiyyətin rəhbəri tərəfindən təsdiqlənməsinə köməklik göstərmək;
  • Gündəlik əməliyyatların uzlaşdırılması və nəzarəti işində direktorla birgə işləmək;
  • Direktorun göstərişinə əsasən, kənar təşkilatlara/dövlət orqanlarına göndərilən sənədlərin tərtibi və hazırlanmasında iştirak etmək, daxil olan müraciətlərin cavablandırılmasına köməklik göstərmək;
  • Şirkətdə yeni istiqamətlərin və yeni bölmələrin qurulmasında iştirak etmək;
  • Müvafiq şöbələr üzrə məlumatları əldə edərək ümumiləşdirmək və direktorla birgə təhlil apararaq aylıq ümumi hesabatın təqdim edilməsi işlərində köməklik göstərmək;
  • Direktorun verdiyi göstərişlərin qeydiyyatını aparmaq və nəzarətdə saxlayaraq onların icra vəziyyəti barədə rəhbərliyə məruzələr etmək;
  • Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq, müəssisə fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Direktora lazım olan məlumatları MMC-nin struktur bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
  • Direktorun keçirdiyi və ya iştirak etdiyi qəbulların, danışıqların, müşavirələrin və yığıncaqların zəruri hazırlığını (o cümlədən, lazım olan materialların yığımı, referat və arayışların hazırlanması, iştirakçıların müşavirənin və yığıncağın tarixi, yeri və gündəliyi haqqında məlumatlandırılması və s.) görmək;
  • Direktorun qərarlarının icrasına nəzarət etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil
  • İş stajı: 1 il
  • Dil biliyi: Rus dili (sərbəst), ingilis dili (yaxşı). (Dil bilikəri mütləqdir)
  • Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə) 
  • Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər, Sənəd dövriyyəsinin təşkili bacarığı, İclas, müşavirə və toplantıların təşkili bacarığı

Məlumatların idarə edilməsi, Yazılı ünsiyyət, Təşkilatçılıq, Diqqətlilik, Nəticəyönümlülük

İş qrafiki:

  • 5 günlük 
  • İş saatı: 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
  • İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13 A, Xətai Plaza

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı 

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Direktorun köməkçisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly424
  • Monthly2421