Elektrik mexaniki

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Elektrik mexaniki

  • Истекает 23 февраль 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Vəzifə öhdəlikləri:

  • Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik mütəxəssisinin rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsini icra etmək;
  • Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət etmək;
  • Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar etmək və sadə zədələnmələri aradan qaldırmaq;
  • Daha yüksək ixtisaslı elektrik mütəxəssisinin rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətləri kəsmək, calaq etmək, izolə və lehimlənmə işini etmək;
  • Mürəkkəb olmayan işıqlandırıcı armaturun elektrik açarlarının, ştepsel qablarının, divar patronlarının və sənaye projektorlarının sazlanması və qurulması işini yerinə yetirmək;
  • Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamaq;
  • Siqnalizasiya elektrik cihazlarının qurulması və tənzimlənməsini icra etmək;
  • Aşağı gərginlikli xətlərin calanması və lehimlənməsini icra etmək;
  • Xidmət olunan sahədə elektrik avadanlıqlarını yerləşdirmək;
  • Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülkü-müdafiə qaydalarına riayət etmək.

Namizədə olan tələblər:

  • Təhsil: Orta ixtisas (Müvafiq sahə üzrə) 
  • Gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlərin görülməsi üçün icazə
  • İş stajı: min. 1 il
  • Elektrik cərəyanı, elektrik gərginliyi, ayrıclar və avtomatlar haqqında biliklər; Elektrik işi üzrə təhlükələri və avadanlıqlarda olan elektrik ilə əlaqəli nasazalıqları aşkar etmək bacarığı; Enerji hesabatlarının  aparılması və itkilərin hesablanması qaydaları; Güc və ölçü transformatorların iş prinsipi haqqında biliklər; Normativ akt və sənədlərin doldurulması bacarığı; Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatların, elektrik cihazların iş prinsipini bilmək
  • Diqqətlilik, nəticə yönümlülük, müstəqil işləmə

İş qrafiki:

  • İş rejimi: 5 günlük 
  • İş saatı: həftə içi 09:00 – 18:00
  • Əmək haqqı:  Namizədin bilik və bacarığına uyğun olaraq 
  • İş yeri: Sumqayıt Yük Terminalı, 

Əlavə üstünlüklərimiz:

  • Könüllü tibbi sığorta;
  • Nahar ilə təmin edilmə;
  • Sumqayıt şəhəri və yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək.  

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Elektrik mexaniki” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly424
  • Monthly2421