Brend meneceri

  • Истекает 9 июль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Beynəlxalq brendlərlə işləmək, ezamiyyətlərə getmək və real biznes proseslərinin içində olmaq istəyirsiniz?

İT və təhlükəsizlik texnologiyaları sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər üçün əla fürsət!

Biz Brend meneceri axtarırıq.

Vəzifənin məqsədi

  • Brend meneceri şirkətin brend portfelinə daxil olan beynəlxalq və yerli brendlərin strateji idarə olunması, bazarda mövqeləndirilməsi və inkişafına cavabdeh olacaqdır.
  • Vəzifə aktiv kommunikasiya, təqdimatların keçirilməsi və beynəlxalq tərəfdaşlarla birbaşa işləməyi nəzərdə tutduğundan, xarici dilləri yüksək səviyyədə bilmək mütləq tələbdir.

Əsas vəzifə öhdəlikləri

  • Brendlər üzrə qısamüddətli və uzunmüddətli strateji planların hazırlanması və icrası
  • Brendlərin bazarda mövqeləndirilməsi və kommunikasiya strategiyasının formalaşdırılması
  • Beynəlxalq istehsalçılar və tərəfdaşlarla ingilis dilində aktiv yazışmaların və görüşlərin aparılması
  • Yeni məhsulların bazara çıxarılması və təqdimatların hazırlanması
  • Marketinq kampaniyalarının planlaşdırılması və icrasına nəzarət
  • Satış şöbəsi ilə koordinasiyalı fəaliyyətin təşkili
  • Bazar və rəqib analizlərinin aparılması
  • Brendlər üzrə hesabat və təqdimat materiallarının hazırlanması

Namizədə tələblər

  • Marketinq, biznesin idarə olunması, İT və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Brend menecmenti və ya marketinq sahəsində minimum 2–3 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili — sərbəst, İngilis dili — yüksək səviyyədə (yazılı və şifahi), Rus dili — yüksək səviyyədə (yazılı və şifahi)
  • Analitik və strateji düşüncə qabiliyyəti
  • Güclü təqdimat, yazılı və şifahi kommunikasiya bacarıqları
  • Texnologiya və İT məhsulları sahəsinə maraq və ya təcrübə üstünlük hesab olunur

Biz təklif edirik

  • Beynəlxalq brendlərlə birbaşa işləmək imkanı
  • Stabil və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
  • Peşəkar inkişaf və real qərarvermə proseslərində iştirak
  • Rəqabətqabiliyyətli əməkhaqqı və motivasiyaedici iş mühiti
  • Şəhər mərkəzində ofis + 5 günlük iş qrafiki

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Brend meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily11
  • Weekly311
  • Monthly1036