İş yeri: AEM MMC
Vəzifə öhdəlikləri:
- Mağazanın ümumi fəaliyyətinə rəhbərlik etmək və satış planlarının icrasını təmin etmək;
- Satış komandası ilə birlikdə müştəri məmnuniyyətini yüksək səviyyədə saxlamaq;
- Malların düzgün yerləşdirilməsi, stok idarəetməsi və sifariş prosesinə nəzarət etmək;
- Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək;
- Şirkətin standart və qaydalarına uyğun iş proseslərini təşkil etmək;
- Mağaza daxilində yaranan texniki və digər problemlərin həll edilməsi;
- Qoyulan satış hədəflərini təqib etmək və yerinə yetirmək;
- Mağazanın gündəlik əməliyyatlarını idarə etmək.
Tələblər:
- Satış və idarəetmə sahəsində minimum 3 il təcrübə.
- Liderlik və İdarəetmə Bacarıqları.
- Komandanı idarə etmək, motivasiya etmək və istiqamətləndirmək bacarığı.
- Planlama və işçi heyətinə tapşırıqların düzgün bölüşdürülməsi bacarığı.
- Satış texnikalarını və satış prinsiplərini bilmək.
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
- Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.
Biz nə təklif edirik
- Beynəlxalq brendlərlə birbaşa işləmək imkanı
- Stabil və inkişaf edən şirkətdə uzunmüddətli karyera perspektivi
- Peşəkar inkişaf və real qərarvermə proseslərində iştirak
- Rəqabətli əmək haqqı və motivasiyaedici iş mühiti
Maraqlanan namizədlərin CV-lərini e-mailin mövzu hissəsində “Mağaza müdiri” sözlərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik.