Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə əməliyyatlarının uçotunda iştirak etmək;
- Müxtəlif hesabatların hazırlanmasına dəstək göstərmək;
- Elektron qaimə-fakturaların və digər sənədlərin işlənməsində iştirak etmək;
- Daxili və xarici maliyyə ödənişlərinin müəyyən edilmiş prosedurlara uyğun olaraq icra edilməsinin təmin edilməsi;
- Elektron qaimələrin qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməsi, qeydiyyata alınması və göndərilməsi;
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması, yoxlanılması və rəsmiləşdirilməsi;
- Maliyyə və mühasibatlıq sənədlərinin sistemləşdirilməsi, arxivləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilən mühasibatlıq şöbəsinin cari fəaliyyətinin həyata keçirilməsi ilə bağlı digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (Mühasibatlıq, Maliyyə və ya əlaqəli sahələr üzrə);
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Mühasibatlıq sahəsində təcrübə arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: 5 gün, 09:00–18:00
- Rəqabətli əmək haqqı (müsahibə zamanı müzakirə olunur)
- Peşəkar inkişaf imkanları
- Mehriban və dəstəkləyici iş mühiti
CV-nizi mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etməyiniz xahiş olunur.