Namizədə olan tələblər
- Ali təhsil
- Ruijie Reyee və Hikvision brendi haqqında müvafiq bilik və təcrübəyə malik olması (!)
- Ən azı 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dili yüksək səviyyədə
- Yüksək səviyyədə görüşlərin,danışıqların aparılması üzrə bacarıqlar
- İşi planlamaq bacarığı
- Strateji düşüncə bacarığı
- İşgüzar əlaqələrin qurulması qaydaların
Vəzifə və öhdəliklər
- Məhsulun bazarda mövqeyini izləmək (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula münasibətini müəyyənləşdirmək, şirkətin imicinin müntəzəm tədqiqatını aparmaq
- Qiymət siyasətinə və rəqib məhsullara olan tələbata nəzarət etmək, rəqiblərin oxşar məhsullarına nisbətən məhsulun mövqeyini müəyyən etmək
- Satış həcmlərini proqnozlaşdırmaq
- Sifariş edilən məhsulların ölkəyə gətirilməsinə, Şirkətə çatdırılmasına və məhsulların mağazalar arasında müvafiq qaydada bölüşdürülməsinə biləvasitə nəzarət etmək
- Məhsulun satılması üçün sxemlər hazırlamaq (yeni satış bölmələrindən mövcud dağıdıcı kanalların bərpasına qədər)
- Məhsul üçün qiymət siyasətini inkişaf etdirmək, malların satış şərtlərini müəyyən etmək (fərdi müştərilər qrupuna endirimlər və faydalar sistemi)
- Potensial alıcılara və istehlakçılara məhsul təqdimatları, tematik seminarlar (istehlak xassələri və məhsul keyfiyyətləri üzrə peşəkar məsləhət) təşkil etmək
- Məhsulun xüsusiyyətlərini tədqiq etmək, marketinq araşdırmalarının nəticələrinə əsasən istehlakçıların məhsula olan tələblərini təhlil etmək
- Məhsulun irəliləməsi və satışı üçün bir sıra öhdəlikləri həyata keçirmək
- Effektiv srateji marketinq və brendinq planları hazırlayıb həyata keçirmək yolu ilə brendin satışına təsir etmək
- Rəqiblərin qiymət siyasətini, bazar payını, satış aktivliyini araşdırmaq
Bilməlidir
- Biznesin əsaslarını, qiymətləndirmə üsullarını, strategiya və qiymətlərin taktikasını, marketinqin əsaslarını
- Bazarın inkişaf modellərini və mallara tələbatın formalaşmasını
- Biznesin idarəedilməsini
- Reklam kampaniyalarının formalarının və metodlarının əsaslarını
- Marka xüsusiyyətlərini
İş qrafiki həftənin 5 günü (I-V günlər)
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.