Texniki Direktor (Service & Repair Operations)

  • Deadline 23 İyun 2026

IT məhsullarının satışı ilə məşğul olan şirkətimiz servis və təmir proseslərinin idarə olunmasını həyata keçirəcək peşəkar və məsuliyyətli Texniki Direktor axtarır.

Vəzifə öhdəlikləri:

  • Servis və təmir şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması; 
  • Texniki heyətin işinə nəzarət və koordinasiya; 
  • IT avadanlıqlarının diaqnostika, təmir və texniki xidmət proseslərinin optimallaşdırılması; 
  • Müştəri müraciətlərinin operativ və keyfiyyətli həllinin təmin edilməsi; 
  • Ehtiyat hissələri və servis avadanlıqlarının idarə olunması; 
  • Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; 
  • Xarici partnyorlar və istehsalçılarla texniki yazışmaların aparılması; 
  • Servis standartlarının və keyfiyyət göstəricilərinin tətbiqi və inkişaf etdirilməsi. 

Tələblər:

  • IT avadanlıqları və texniki servis sahəsində minimum 3-5 il iş təcrübəsi; 
  • Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür; 
  • Komanda idarəetmə və təşkilatçılıq bacarıqları; 
  • Problemləri operativ həll etmə və analitik düşüncə qabiliyyəti; 
  • İngilis dili – yüksək səviyyədə; 
  • Rus dili – yüksək səviyyədə; 
  • Azərbaycan dili – sərbəst; 
  • MS Office və servis idarəetmə sistemləri ilə işləmə bacarığı. 

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı; 
  • Peşəkar inkişaf və karyera imkanları; 
  • Stabil və inkişaf edən şirkətdə çalışma imkanı; 
  • Korporativ iş mühiti. 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Texniki Direktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

  • Daily3
  • Weekly654
  • Monthly2039