Lunapark Operatoru

  • Истекает 24 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

AF Hotel Aqua Park Novxanı əyləncə mərkəzinin Lunapark bölməsində çalışmaq üçün məsuliyyətli və işinə həvəsli əməkdaşlar axtarılır.

Vəzifə öhdəlikləri:

  • Lunapark attraksionlarının təhlükəsiz və düzgün idarə olunmasını təmin etmək;
  • Attraksionlardan istifadə edən qonaqlara qaydalar barədə məlumat vermək;
  • Təhlükəsizlik qaydalarına və iş təlimatlarına ciddi riayət etmək;
  • Attraksionların işə salınması və dayandırılması zamanı müəyyən edilmiş prosedurlara əməl etmək;
  • Qonaqlara nəzakətli və diqqətli xidmət göstərmək;
  • İş zamanı yaranan texniki və ya təhlükəsizlik problemləri barədə məsul şəxsə məlumat vermək.

Namizədə tələblər:

  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Qonaqlarla düzgün ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • İş təcrübəsinin olması üstünlükdür;
  • Lunapark və attraksionlarla bağlı təcrübə üstünlükdür.

İş yeri: AF Hotel Aqua Park Novxanı

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Lunapark Operatoru

  • Daily0
  • Weekly139
  • Monthly1901