AF Hotel Aqua Park Novxanı əyləncə mərkəzinin Lunapark bölməsində mühasibatlıq işlərinin aparılmasına dəstək olmaq üçün məsuliyyətli və işinə həvəsli Mühasib Köməkçisi axtarılır.
Vəzifə öhdəlikləri:
- Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsinə dəstək olmaq;
- İlkin mühasibat sənədlərinin qəbulunu, yoxlanılmasını və qeydiyyatını aparmaq;
- Gündəlik maliyyə əməliyyatları üzrə məlumatların hazırlanmasına kömək etmək;
- Sənədlərin düzgün şəkildə arxivləşdirilməsini və saxlanılmasını təmin etmək;
- Mühasibatlıq üzrə digər cari işlərin icrasında mühasibə dəstək olmaq;
- Lunapark üzrə maliyyə və mühasibat məlumatlarının düzgün uçotunun aparılmasına kömək etmək.
Namizədə tələblər:
- Mühasibatlıq və ya maliyyə sahəsində təhsil üstünlükdür;
- Mühasibatlıq üzrə ilkin biliklər;
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq;
- Sənədlərlə işləmək və komandada çalışma bacarığı;
- Müvafiq sahədə iş təcrübəsi üstünlükdür.
İş yeri: AF Hotel Aqua Park Novxanı – Lunapark
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu: Mühasib Köməkçisi – Lunapark