İş şəraiti
- Biznes Bankçılıq Mərkəzi
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Ünvan: Bakı, Yasamal r-nu, Nəriman Nərimanov pros. 206/466 ( Baş ofis)
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda, xüsusən biznes/korporativ kredit analizi üzrə ən azı 2-3 il iş təcrübəsi;
- Azərbaycan dili – əla, Rus və/İngilis dili – yaxşı səviyyədə;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmə bacarığı.
İşin təsviri:
- Orta və iri biznes kredit müraciətlərinin dərin maliyyə və risk təhlilinin aparılması.
- Müştərilərin maliyyə hesabatlarının, biznes modelinin və bazar mövqeyinin qiymətləndirilməsi.
- Girov təminatlarının adekvatlığı və likvidliyinin yoxlanılması.
- Kredit rəylərinin hazırlanması və Kredit Komitəsi üçün təqdimatların edilməsi.
- Mövcud kredit portfelinin izlənməsi və riskli halların vaxtında aşkar edilməsi.
- Digər şöbələrlə koordinasiyalı işləyərək daxili qaydalara uyğun fəaliyyətin təmin edilməsi.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes Kreditlərin təhlili üzrə aparıcı mütəxəssis / baş mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik