AFB Bank AFB Bank
  • 268

Fiziki təhlükəsizlik üzrə növbətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fiziki təhlükəsizlik üzrə növbətçi

  • Deadline 19 April 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Təhlükəsizlik strukturu
  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Namizədə dair tələblər: 

  • Ali və ya orta-ixtisas təhsili;
  • Hüquq-mühafizə, təhlükəsizlik və mühafizə sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Vətəndaşlıq qüsursuzluğuna malik olmaq;
  • Ünsiyyət qurma bacarığı;
  • İşçilərlə münasibətdə diqqətli, nəzakətli rəftar bacarığı;
  • MS Office proqramında işləmək bacarığı.

İşin təsviri:

  • Fasiləsiz olaraq texniki sistemlər vasitəsilə Bankın etibarlı mühafizəsini və Bankda tətbiq olunmuş buraxılış rejimini müvafiq qaydada təşkil edir, bu istiqamətdə zəruri tədbirləri həyata keçirir;
  • Bankın bütün struktur bölmələrində buraxılış rejimlərinin təmin edilməsinin monitorinqi üçün yoxlamalar və profilaktik işlər aparır;
  • Bankda nağd vəsaitlərin və qiymətlilərin qəbulu, daşınması, eləcə də qorunması istiqamətində işin təşkilində iştirak edir;
  • Fövqəladə hadisələr zamanı tərtib olunmuş “xəbərdarlıq sxemi” üzrə Bankın məsul işçilərini məlumatlandırır, Təxliyyə planı əsasında fövqəladə hallar zamanı işçilərin evakuasiyasını təmin edir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində quraşdırılmış mühafizə, yanğın-həyəcan və videonəzarət sistemlərinin qüsursuz işləməsinə, bu avadanlıqlar vasitəsilə Bankın mühafizəsinin təmin edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində videonəzarət sistemləri ilə qeydə alınan çəkilişlərin keyfiyyətli, tam və dolğun şəkildə aparılmasını və saxlanılmasını təmin edir;
  • Müəyyən texnoloji vasitələrin köməyi ilə inkassator maşınlarının marşrut üzrə hərəkətinə nəzarət edir.

 Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki təhlükəsizlik üzrə növbətçi” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.

  • Daily9
  • Weekly417
  • Monthly1610