Fiziki təhlükəsizlik üzrə növbətçi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Fiziki təhlükəsizlik üzrə növbətçi

  • Deadline 17 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: Növbəli
  • Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 206/466

Tələblər: 

  • Orta təhsil 
  • Təhlükəsizlik sahəsində ən azı 1 il təcrübə arzuolunandır.
  • Yaxşı fiziki hazırlıq və növbəli (gecə/gündüz) iş rejimində çalışmaq bacarığı.
  • Gərgin və fövqəladə hallarda soyuqqanlı davranmaq və operativ qərar vermək bacarığı.
  • Təhlükəsizlik prosedurlarına riayət etmək, şübhəli halları vaxtında aşkar etmək və hadisələrə düzgün reaksiya vermək.
  • Diqqətli, məsuliyyətli, etik davranışlı olmaq və komandada işləmə bacarığı.

 İşin təsviri:

  • Fasiləsiz olaraq texniki sistemlər vasitəsilə Bankın etibarlı mühafizəsini və Bankda tətbiq olunmuş buraxılış rejimini müvafiq qaydada təşkil edir, bu istiqamətdə zəruri tədbirləri həyata keçirir;
  • Bankın bütün struktur bölmələrində buraxılış rejimlərinin təmin edilməsinin monitorinqi üçün yoxlamalar və profilaktik işlər aparır;
  • Bankda nağd vəsaitlərin və qiymətlilərin qəbulu, daşınması, eləcə də qorunması istiqamətində işin təşkilində iştirak edir;
  • Fövqəladə hadisələr zamanı tərtib olunmuş “xəbərdarlıq sxemi” üzrə Bankın məsul işçilərini məlumatlandırır, Təxliyyə planı əsasında fövqəladə hallar zamanı işçilərin evakuasiyasını təmin edir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində quraşdırılmış mühafizə, yanğın-həyəcan və videonəzarət sistemlərinin qüsursuz işləməsinə, bu avadanlıqlar vasitəsilə Bankın mühafizəsinin təmin edilməsinə mütəmadi olaraq nəzarəti həyata keçirir;
  • Bankın Baş Ofisi, filial və şöbələrində videonəzarət sistemləri ilə qeydə alınan çəkilişlərin keyfiyyətli, tam və dolğun şəkildə aparılmasını və saxlanılmasını təmin edir;
  • Müəyyən texnoloji vasitələrin köməyi ilə inkassator maşınlarının marşrut üzrə hərəkətinə nəzarət edir.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Fiziki təhlükəsizlik üzrə növbətçi” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

  • Daily71
  • Weekly554
  • Monthly1618