AFB Bank AFB Bank
  • 682

Hüquq meneceri

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquq meneceri

  • Deadline 5 June 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə dair tələblər: 

  • Ali hüquq təhsili;
  • Bank və ya bank olmayan kredit təşkilatında hüquq sahəsində 4 il iş təcrübəsi;
  • Mülki və Bank qanunvericiliyi sahəsində biliklər;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Analitik təhlil və detallara fikir vermək qabiliyyəti;
  • Nizam-intizam və məsuliyyətlilik;
  • MS Office proqramlarında (MS Word, MS Excel) işləmək bacarığı.

İşin təsviri:

  • Bankın Strateji planı əsasında hazırlanmış tədbirlər planına uyğun verilən tapşırıqları icra edir;
  • Bankın məhsul və xidmətləri üzrə münasibətləri tənzimləyən əqdlərin standart şərtlərini hazırlayır;
  • Dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil edir, bununla bağlı zəruri sənədlərin hazırlanmasına nəzarət edir;
  • Bankın fəaliyyətinin hüquqi tənzimlənməsi ilə əlaqədar məsələlərə dair sorğular üzrə məsləhət və hüquqi rəy verilməsi işini təşkil edir;
  • İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolların, o cümlədən protokoldan çıxarışların hazırlanmasında iştirak edir;
  • Bankın, onun törəmə cəmiyyətinin, filial, şöbə və nümayəndəliyinin yaradılması ilə əlaqədar təsis sənədlərinin hazırlanması və saxlanması, bu sənədlərdə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı icazənin alınması, həmçinin törəmə cəmiyyətin, filial, şöbə və nümayəndəliyinin ləğvinin dövlət qeydiyyatının aparılması işini təşkil edir;
  • Bankın məhsul və xidmətləri üzrə münasibətləri tənzimləyən əqdlərin standart şərtlərinin hazırlanmasını təşkil edir;
  • Dövlət idarəetmə və nəzarət orqanlarına ünvanlanan məktubların layihələrini hazırlanmasını təşkil edir.

İş şəraiti

  • İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
  • Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquq meneceri” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.

  • Daily88
  • Weekly593
  • Monthly1346