İş barədə məlumat:
- Risklərin idarəetməsi departamenti
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
- GNİ elektron bank sistemində, MS Office proqramlarında (xüsusilə MS Excel) sərbəst işləmək bacarığı;
- Borcalanın gəlirliliyinə və ödəniş qabiliyyətinə təsir edə biləcək faktorların təhlili üzrə biliklər, maliyyə hesabatlarını təhliletmə bacarıqları;
- Borcalanlar və sektorlar üzrə tədqiqat aparmaq qabiliyyəti.
İşin təsviri:
- Təqdim edilmiş kredit ərizələri üzrə borcalanların biznes və maliyyə təhlilini aparmaq. Kredit sifarişləri üzrə təkliflərin və düzgün strukturun verilməsini təmin etmək;
- Kredit ərizələri üzrə borcalanların kredit risklərinin anderraytinqini təmin etmək və risklərin minimallaşdırılması məqsədilə müvafiq təkliflər vermək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara və Risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini aparmaq;
- Müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarmaq qabiliyyətini yoxlamaq, kredit risk reytinqlərini hesablamaq və müvafiq qərarı qəbul etmək;
- Hər bir kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icra edilməsini həyata keçirmək;
- Bankın təsdiq edilmiş kredit siyasəti və müvafiq prosedurları ilə bağlı zəruri biliklərə yiyələnmək;
- Kredit portfelinə nəzarət etmək və portfel üzrə müvafiq təhlillər aparmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin anderraytinqi üzrə Baş mütəxəssis/Bölmə rəhbəri” qeydi edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyini xahiş edirik.