Namizədə dair tələblər:
- Ali təhsil;
- Bank sektorunda müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Daşınmaz və ya daşınar əmlaklar üzrə qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə etmiş şəxs arzuolunandır;
- MS Office proqramları üzrə biliklər.
İşin təsviri:
- Daşınmaz əmlak, avtonəqliyyat vasitələri, avadanlıq və digər girovların real bazar dəyərinin müəyyənləşdirilməsi;
- Kredit təminatı üçün təqdim olunan əmlakların qiymətləndirilməsi;
- Əmlak obyektlərinə baxış keçirərək faktiki vəziyyətin qiymətləndirilməsi və sənədlərlə uyğunluğunun yoxlanılması, otoşəkillərin və digər vizual materialların toplanması;
- Kredit üzrə risklərin minimuma endirilməsi üçün qiymətləndirmə tövsiyələri;
- Qiymətləndirmə zamanı müvafiq metodlardan istifadə (gəlir yanaşması, bazar yanaşması, maya dəyəri yanaşması, müqayisəli yanaşma və s;
- Dəqiq və şəffaf hesabatların yazılmas;
- Müvafiq normativ-hüquqi aktlara və qiymətlədnirmə fəaliyyəti haqqında qanuna uyğun sənədlərin tərtib olunması;
- Əmlak bazarının monitorinqi, müqayisə edilə bilən obyektlərin təhlili.
- Qiymət trendlərinin izlənməsi və analizi.
- Girovda olan təminatların təkrar qiymətləndirilməsi və portfelə nəzarət olunması;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti və detallara qarşı diqqətli olma bacarığı;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması;
- Qiymətləndirmə sahəsində minimim 3 illik təcrübəsinin olması;
- Müxtəlif biznes sahələrinin təhlili və bazarın vəziyyəti haqqında biliklər;
- Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar barədə biliklər.
İş şəraiit
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Qiymətləndirmə üzrə mütəxəssis” qeydi edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyini xahiş edirik.