İT strukturu
- İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi – Cümə)
- Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Analitika və bank sahəsində ən azı 3 il iş təcrübəsi;
- Proqramlaşdırma sahəsində biliklər (PL/SQL);
- Test alətləri ilə işləmə bacarığı (Postman, Soap Uİ və s.);
- BƏS, İnternet Bankçılıq və Mobile Bankçılıq sahəsində biliklər (GNİ biliklərinin olması üstünlükdür).
İşin təsviri:
- Müvafiq sahələrlə birlikdə yeni bank məhsulu üzrə bank proqramlarından istifadə prosedurlarının hazırlanmasında, test olunmasında iştirak etmək;
- Yeni rəqəmsal məhsulun/layihənin tətbiqi prosesində iştirak etmək və testlərini icra etmək;
- İnternet Bankçılıq və Bankın Mobile Bankçılıq üzrə yeni funksiyaların əlavə edilməsində və yeni modulların yaradılmasında iştirak edir və icra etmək;
- Müvafiq sahələrlə birlikdə İnternet Bankçılıq/Mobile Bankçılıq yeni rəqəmsal məhsul üçün Texniki Tapşırıq ilkin təhlilini hazırlamaq və yekun sənəd hazırlanmasında iştirak etmək;
- Xarici proqram təminatı ilə və 3-cü tərəf ilə (vendor) inteqrasiya prosesində iştirak etmək;
- Yeni tətbiqi proqramlar və modulların alınmasında iştirak etmək;
- Yeni proqram tətbiqində layihə qruplarında iştirak etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Təhlil və analitika üzrə baş mütəxəssis” qeydi edərək elektron poçt ünvanına göndərməyini xahiş edirik.