Afea Group Afea Group
  • 1.8K

Afea Group

Business

Google Ads Təcrübə Proqramı

  • Deadline 15 May 2025

1300 AZN Maaşlı Google Ads Təcrübə Proqramı – Həm sıfırdan rəqəmsal marketinqi öyrənib bu sahənin mütəxəssisinə çevrilmək, həm də öyrənərkən yüksək maaş qazanmaq fürsəti!

  • Sıfırdan rəqəmsal marketinq sahəsinə keçmək istəyirsən?
  • Bu sahədə biliklərin var, amma daha dərin biliklərə yiyələnmək istəyirsən?
  • Həm bilik, həm də təcrübən var, lakin bu sahədə daha dərin biliklər əldə etmək istəyirsən?
  • Analitik düşüncən güclüdür, rəqəmlərlə işləməyi sevirsən və karyerana güclü bir başlanğıc vermək istəyirsənsə – bu təcrübə proqramı sənin üçündür!
  • Proqramı uğurla tamamlayanlar daimi işlə təmin olunaraq komandamıza qoşulacaqlar.

Google Ads Təcrübə Proqramı – 3 ay davam edən intensiv, praktiki və mentor dəstəyi ilə dolu bir proqramdır. Bu müddətdə sən:

  • Keyword research və analizləri
  • Reklam mətnlərinin hazırlanması
  • Landing pagelərin optimizasiyası
  • Kampaniyaların yaradılması və idarə edilməsi
  • Data analitika və optimizasiya
  • Risklərin idarə olunması və Google Ads marketinqin əsaslarını A-dan Z-yə öyrənəcəksən!

Kimlər müraciət edə bilər?

  • Yeni məzunlar
  • İş yerini dəyişmək istəyənlər
  • Analitik bacarığı, məntiqi düşüncəsi və rəqəmlərlə işləməyə marağı olanlar

Səni gözləyən inkişaf imkanları:

  • Mentorlarla birlikdə sürətli training proqramı
  • Nəzarət altında yüksək büdcəli kampaniyaları idarə etməklə real təcrübə qazanmaq
  • Kreativ və enerjili komanda ilə iş mühiti

İş Qrafiki:

  • Həftədə 4 gün – Bazar ertəsi – Cümə axşamı, saat 10:00 – 19:00 arası ofisdə işləyəcəksən.
  • Cümə günləri isə sərbəstdir – istəsən evdən, istəsən ofisdən işləyə bilərsən.

Qeyd: bəzi hallarda daxili qaydalara əsasən, Cümə günü ofisdə olmaq tələb oluna bilər.
Ofis İmkanları:

  • Gündəlik nahar, qəlyanaltılar və içkilər
  • Game room
  • Nap area
  • Müasir və tam təchiz olunmuş ofis
  • Rahat, ilhamverici və dəstəkləyici mühit

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil olub, qeydiyyatdan keçə bilərlər. Bu sadəcə bir təcrübə deyil – bu həyatını və gələcəyini dəyişdirəcək real bir fürsətdir!

İndi müraciət et və digital marketinqdə öz yerini tut!

  • Daily6
  • Weekly706
  • Monthly1946