Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA İnfrastruktur departamenti, Mütəxəssis vəzifəsinə məsuliyyətli və peşəkar qadın namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Departament üzrə daxil olan və xaric olan rəsmi sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi;
- Texniki sənədlərin (layihə materialları, planlar, spesifikasiyalar və s.) idarə olunması;
- Müqavilə, akt, texniki tapşırıq və hesabatların hazırlanmasında iştirak;
- Müxtəlif layihələr üzrə sənəd dövriyyəsinin düzgün təşkili və izlənilməsi;
- Dövlət qurumları və podratçı təşkilatlarla rəsmi yazışmaların aparılması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Əsas tələblər:
Təhsil:
- Texniki sahə üzrə ali təhsil (tikinti, mühəndislik və ya əlaqəli sahələr üstünlükdür)
Texniki biliklər:
- MS Office proqramları (Word, Excel, Outlook) – yüksək səviyyədə bilik;
- AutoCAD proqramında işləmə bacarığı;
İş təcrübəsi:
- Sənəd dövriyyəsi və ofis işləri üzrə minimum 1-3 il iş təcrübəsi;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili – yaxşı səviyyə;
Əlavə bilik və bacarıqlar:
- Analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik;
- Komanda ilə işləmə və kommunikasiya bacarıqları;
Tələblərə cavab verən namizədlərdən öz CV-lərini “Mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.