Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis

  • Истекает 3 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Sosial və ətraf mühit dayanıqlılığı şöbəsinə Aparıcı mütəxəssis vəzifəsi üzrə peşəkar və məsuliyyətli namizəd axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Futbolda sosial layihələr və klubların sosial məsuliyyəti üzrə strategiyanın hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək;
  • Sosial və ekoloji dayanıqlılıq siyasətlərinin hazırlanmasını və formalaşdırılmasını təmin etmək;
  • Beynəlxalq standartlara uyğun olaraq illik dayanıqlılıq və sosial məsuliyyət hesabatlarını hazırlamaq;
  • Uzunmüddətli sosial layihələri planlaşdırmaq və onların həyata keçirilməsini koordinasiya etmək;
  • Sosial, ekoloji və məsuliyyətli idarəetmə (SƏM) dayanıqlılığı meyarları üzrə futbol klubları ilə əməkdaşlığı təşviq etmək;
  • SƏM dayanıqlılığı platformasının fəaliyyətinə nəzarət etmək və onun səmərəli fəaliyyətini təmin etmək;
  • Müvafiq meyarlar üzrə seminar və təlimlərin təşkilini həyata keçirmək;
  • Uşaqların hüquq və maraqlarının qorunması üzrə məsul şəxs funksiyasını yerinə yetirmək;
  • Struktur bölmənin fəaliyyət istiqamətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Uşaq hüquqları üzrə biliklər;
  • Sosial layihələrin təşkili və həyata keçirilməsi sahəsində təcrübə;
  • Media savadlılığı və sosial şəbəkələrdən düzgün istifadə bacarığı;
  • Komanda ilə işləmək və əməkdaşlıq bacarığı;
  • Yüksək ünsiyyət və davranış mədəniyyəti;
  • MS Office proqramları ilə işləmək bacarığı;
  • Google Meet və Microsoft Teams proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
  • B2 (Upper-Intermediate) səviyyəsində -İngilis dili biliyi ;
  • Yüksək səviyyədə rus dili biliyi.

İş şəraiti:

  • Peşəkar və inkişafyönümlü iş mühiti;
  • Müxtəlif sosial və ekoloji layihələrdə iştirak imkanı;

Əməkhaqqı: Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq müəyyən edilir.

Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Aparıcı mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily112
  • Weekly235
  • Monthly236