Transport və Rentacar şirkətinə turizm sahəsində təcrübəsi olan, ingilis dilini bilən sürücülər axtarılır.
Vəzifə öhdəlikləri:
- Xarici qonaqlarla işləmək üçün şirkətə məxsus avtomobillərin idarə olunması (Sedan, Crossover, SUV)
- İstifadə etdiyi nəqliyyat vasitəsinin istismarı üzrə təlimatlara və qüvvədə olan yol hərəkəti qaydalarına şərtsiz riayət etmək
- Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanmasına nəzarət etmək
- Yerli və xarici qonaqların hava limanından qarşılanması və yola salınması
- Yerli və xarici qonaqların Azərbaycan daxili səfərlərinin təşkili
- İş vaxtını sifarişçi qonağın sorğusuna əsasən tənzimləmək
- Tur olmadığı halda ofis daxili texniki servis işlərində köməklik etmək
İş şəraiti:
- Ünvan: Xətai m/s yaxınlığı
- Əmək haqqı: 800 AZN
Namizədə tələblər:
- Yaş həddi: 25–55
- Sürücülük vəsiqəsi: “BC” kateqoriyalı
- Minimum 3 il iş təcrübəsi
- İngilis dili biliyi mütləqdir
- Şəhərdaxili əraziləri yaxşı tanımalı
- Bölgələri yaxşı tanımalı
- İntizamlı, məsuliyyətli və dürüst olmalı
- Verilən tapşırıqları vaxtında yerinə yetirməli
- İngilis dili biliyi olmayanların müraciətinə baxılmayacaq
Müraciət etmək istəyənlər CV-lərini qeyd olunan nömrəyə göndərə bilərlər: +994 70 394 91 00 (Şəlalə xanım)