Çağrı mərkəzi üzrə kiçik mütəxəssis

  • Deadline 7 December 2025

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Çağrı mərkəzi bölməsində Çağrı mərkəzi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin düzgün şəkildə cavablandırılması;
  • Daxil olan zənglər üzrə sorğuların qeydə alınması;
  • Xidmətlər haqqında dolğun və dəqiq məlumatlar vermək;
  • Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
  • Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

Tələblər

  • Ali təhsil
  • 21-29 yaş aralığında gənclər
  • Səlis azərbaycan və rus dili biliyi
  • Aydın və səlis nitq qabiliyyəti
  • Çevik qərarvermə və problem həlletmə
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Əlavə məlumat

  • 5 günlük iş qrafiki: 09:00– 18:00
  • Əmək haqqı: 400 AZN (Gross) + Bonus

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1 ilədək

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly425
  • Monthly1022