Hüquqşünas (Məhkəmə qərarlarının İcrası üzrə)

  • Истекает 10 август 2025

Təsvir

  • Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Hüquqşünas (Məhkəmə qərarlarının İcrası üzrə) vakansiyasını elan edir.
  • Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
  • Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
  • Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etməklə bağlı müvafiq məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün İcra şöbələrində hüquqi şəxsi təmsil etmək ;
  • Məhkəmə qərarına əsasən borclular ilə əlaqə yaratmaq və danışıqlar aparmaq;
  • İcra işinin təmin edilməsi üçün prosesə, aylıq ödənişlərə nəzarət etmək və borclunun adına olan əmlakların və digər gəlirlərin müəyyən edilməsi üçün İcra məmurları tərəfindən müvafiq sorğuların verilməsini təmin etmək ;
  • İcraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
  • Müvafiq məlumat bazası yaratmaq, hesabatlar hazırlamaq ;
  • İcra şöbələri və məhkəmələrdə nümayəndə qismində iştirak etmək.

Tələblər

  • Hüquq sahəsində ali təhsil;
  • Mükəmməl azərbaycan dili (rus dili arzu olunandır);
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;

Əlavə məlumat

  •  Bazar ertəsi – Cümə: 09:00 – 18:00
  • Əmək haqqı – 600 AZN + aylıq bonus

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 1-2 il
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily76
  • Weekly322
  • Monthly2060