IT Helpdesk

  • Deadline 16 Dekabr 2024

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC IT Helpdesk vakansiyasını elan edir.

Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Windows sistemlərinin quraşdırılması, sazlanması və yaranan nasazlıqları aradan qaldırılması;
  • İstifadəçilərindən və müştərilərdən gələn sorğuların icra olunması;
  • E-poçtun quraşdırılması və konfiqurasiyası.
  • Kompüter və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazlara texniki qulluq edilməsi, problemlərin aşkara çıxarılaraq həll olunması.

Tələblər

  • Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
  • Kompüter avadanlıqları ilə tanışlıq;
  • Windows, MAC əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
  • Active Directory üzrə biliklər;
  • Kompüter şəbəkələri, topologiyaları və protokolları haqqında biliklər;
  • Acronis backup üzrə biliklər;
  • Ünsiyyət bacarıqları;
  • Verilən tapşırıqları operativ şəkildə yerinə yetirmək.

Vakansiya haqqında

Son tarix Dekabr 25, 2024

Paylaşılıb Noyabr 16, 2024

Vakansiya növü Tam ştat

Əmək haqqı 400 AZN

  • Daily77
  • Weekly312
  • Monthly1986