AQA Şirkətlər Qrupu "Mexanik" vakansiyasını elan edir:
Vəzifə öhdəlikləri:
- Müəssisədə mövcud olan mexaniki avadanlıqların texniki vəziyyətinə nəzarət etmək;
- Avadanlıqlara planlı texniki baxış və profilaktik xidmət işlərini həyata keçirmək;
- Nasazlıqları operativ şəkildə aşkar etmək və aradan qaldırmaq;
- Nasoslar, havalandırma və digər mexaniki sistemlərin işləməsinə nəzarət etmək;
- Təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun aparılmasını təmin etmək;
- Avadanlıqların düzgün istismarına nəzarət etmək;
- Zərurət yarandıqda texniki təmir işlərində iştirak etmək;
- Görülən işlər barədə rəhbərliyə məlumat vermək.
Tələblər
- Müvafiq sahə üzrə texniki və ya ali ixtisas təhsili;
- Mexanik və ya oxşar vəzifə üzrə ən azı 1–3 il iş təcrübəsi;
- Mexaniki avadanlıqların işləmə prinsipləri haqqında bilik;
- Texniki problemləri operativ şəkildə həll etmək bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı;
Üstünlüklər:
- Biznes mərkəzi və ya iri obyektlərdə iş təcrübəsi;
- Avadanlıqların quraşdırılması və işə salınmasında təcrübə;
- Texniki sənədlərlə və hesabatlarla işləmə bacarığı;
- Elektrik və santexnika üzrə əlavə biliklər.
Əlavə məlumat:
- İş qrafiki: Həftə içi 5 gün, 6-cı gün qısa iş günü;
- Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.