Süni intellekt üzrə təcrübə proqramı

  • Deadline 24 November 2025

Təsvir

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməliyyatlarının avtomatlaşdırılmasında iştirak etmək;
  • Süni intellekt alətlərinin iş proseslərinə tətbiqi;
  • AI agent-lər haqqında araşdırmalar aparıb, onların hazırlanması və test edilməsinə kömək etmək;
  • Proseslərin rəqəmsallaşdırılması və optimallaşdırılmasına kömək etmək;
  • Yeni texnoloji həllərin araşdırılması.

Tələblər

  • Ali təhsil (Komputer elmləri, IT və digər oxşar sahələr);
  • Süni intellektlər və süni intellekt agentlərinə maraqlı olmaq (n8n, Zapier, Make axınları haqqında biliklər üstünlük sayılacaq);
  • Python-da AI üçün baza biliklər: məlumatların təmizlənməsi və emalı (NumPy, pandas);
  • Klassik ML anlayışlarında bilik: model qurulması və yoxlanılması;
  • Generativ AI və LLM-lər: prompt yazımında, kontekst idarəsində, və sadə RAG axınlarının qurulmasında məlumatlı olmaq;
  • MS Office və Google Tool-larından istifadə edə bilmək
  • İngilis və ya rus dillərini yüksək səviyyədə bilmək;
  • Məsələlərə analitik yanaşmaq;
  • Süni intellekt üzrə ən azı 1-2 real layihə (freelance, şəxsi və ya universitet).

Təcrübə proramı sizə nə qazandıracaq:

  • Maliyyə/Faktorinq üzrə yeni layihələrimizdə real iş təcrübəsi;
  • Mentor dəstəyi və öyrənmə mühiti;
  • Təcrübə sonunda iş imkanı.

Vakansiya haqqında

  • Vakansiya növü - Yarım ştat
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily15
  • Weekly425
  • Monthly1022