Budgeting and Cost Control Specialist / Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Budgeting and Cost Control Specialist / Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis

  • Deadline 13 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Budgeting and Cost Control Specialist

Location: Baku, Azerbaijan

Company: “Clean Energy Cəbrayıl” LLC

Employment type: Full-time

Reports to: Cost Control and Performance Reporting Manager

Job summary

  • Support budgeting, cost control and financial reporting for renewable energy projects. Help management understand spending, forecast cash requirements and identify potential cost overruns early.

Key responsibilities

  • Support the preparation and periodic update of project and operating budgets with the project and finance teams.
  • Track actual costs and expenditure committed through contracts and purchase orders against approved budgets.
  • Analyse budget variances, highlight potential cost overruns and recommend corrective actions.
  • Update cost-to-complete estimates, total project cost forecasts and cash flow forecasts, including upcoming payment requirements.
  • Review purchase requests, supplier invoices and payment requests for budget availability, supporting documents and consistency with contract terms. Flag discrepancies to the manager before approval.
  • Assess the cost impact of project changes, delays and emerging risks on budgets and forecasts.
  • Maintain accurate budget, commitment and payment records and supporting documents.

Performance reporting

  • Prepare monthly budget-versus-actual reports and dashboards, highlighting cost variances, trends and updated forecasts.
  • Prepare weekly cost and cash flow updates as required.
  • Support the preparation of presentations for management.

Stakeholder collaboration

  • Coordinate with engineering, procurement, construction and site teams to obtain timely and accurate cost and progress information.
  • Reconcile cost records with finance and accounting teams and support audits.
  • Attend site visits as required to understand project progress and its cost implications.
  • Support improvements to budgeting, cost control and reporting processes.

Candidate requirements

  • Bachelor’s degree in Finance, Accounting, Economics, Engineering or a related field.
  • At least 3 years of relevant experience in budgeting, cost control or financial reporting.
  • Experience in energy, infrastructure or EPC projects is an advantage.
  • Sound understanding of budgeting, cash flow forecasting and accounting principles.
  • Strong Excel, data analysis and problem-solving skills.
  • Experience with 1C or other ERP systems and Power BI is an advantage.
  • Fluent written and spoken communication in Azerbaijani and English.
  • Attention to detail and the ability to manage deadlines across several projects.

Interested candidates may send their CV and cover letter to the e-mail address in the Apply for job button, using “Budgeting and Cost Control Specialist” as the subject.

Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis

İş yeri: Bakı, Azərbaycan

Şirkət: “Clean Energy Cəbrayıl” MMC

İş rejimi: Tam ştat

Tabe olduğu vəzifə: Xərclərə Nəzarət və Performans Hesabatlılığı üzrə Menecer

İşin xülasəsi

  • Bərpa olunan enerji layihələri üzrə büdcələşdirmə, xərclərə nəzarət və maliyyə hesabatlılığına dəstək vermək. Rəhbərliyə xərclər barədə aydın məlumat təqdim etmək, pul vəsaitlərinə olan tələbatı proqnozlaşdırmaq və büdcənin aşılması risklərini vaxtında müəyyən etmək.

Vəzifə öhdəlikləri

  • Layihə və maliyyə komandaları ilə birlikdə layihə və əməliyyat büdcələrinin hazırlanmasına və dövri yenilənməsinə dəstək vermək.
  • Faktiki xərclərin, habelə müqavilə və satınalma sifarişləri üzrə xərc öhdəliklərinin təsdiq edilmiş büdcələrə uyğunluğunu izləmək.
  • Büdcədən kənarlaşmaları təhlil etmək, büdcənin aşılması risklərini müəyyən etmək və düzəldici tədbirlər təklif etmək.
  • Layihənin tamamlanması üçün qalıq xərclər, ümumi layihə xərcləri və qarşıdakı ödənişlər nəzərə alınmaqla pul vəsaitlərinin hərəkəti üzrə proqnozları yeniləmək.
  • Satınalma tələblərini, təchizatçı hesab-fakturalarını və ödəniş sorğularını büdcədə vəsaitin nəzərdə tutulması, təsdiqedici sənədlər və müqavilə şərtlərinə uyğunluq baxımından yoxlamaq. Uyğunsuzluqları təsdiqdən əvvəl rəhbərə bildirmək.
  • Layihə dəyişikliklərinin, gecikmələrin və yaranan risklərin büdcə və xərc proqnozlarına təsirini qiymətləndirmək.
  • Büdcə, xərc öhdəlikləri və ödənişlər üzrə qeydlərin və təsdiqedici sənədlərin dəqiq aparılmasını təmin etmək.

Performans hesabatlılığı

  • Büdcə və faktiki göstəricilərin müqayisəsi üzrə aylıq hesabatlar və idarəetmə panelləri hazırlamaq, xərc kənarlaşmalarını, meyilləri və yenilənmiş proqnozları göstərmək.
  • Ehtiyac olduqda xərclər və pul vəsaitlərinin hərəkəti barədə həftəlik məlumatlar hazırlamaq.
  • Rəhbərlik üçün təqdimatların hazırlanmasına dəstək vermək.

Maraqlı tərəflərlə əməkdaşlıq

  • Xərclər və layihənin irəliləyişi barədə vaxtında və dəqiq məlumat almaq üçün mühəndislik, satınalma, tikinti və sahə komandaları ilə əlaqələndirməni təmin etmək.
  • Xərc qeydlərini maliyyə və mühasibatlıq komandaları ilə üzləşdirmək və auditlərə dəstək vermək.
  • Layihənin irəliləyişini və bunun xərclərə təsirini anlamaq üçün ehtiyac olduqda sahə səfərlərində iştirak etmək.
  • Büdcələşdirmə, xərclərə nəzarət və hesabatlılıq proseslərinin təkmilləşdirilməsinə dəstək vermək.

Namizədə tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Büdcələşdirmə, xərclərə nəzarət və ya maliyyə hesabatlılığı sahəsində minimum 3 il müvafiq iş təcrübəsi.
  • Enerji, infrastruktur və ya EPC layihələrində təcrübə üstünlük hesab olunur.
  • Büdcələşdirmə, pul vəsaitlərinin hərəkətinin proqnozlaşdırılması və mühasibat uçotu prinsipləri üzrə biliklər.
  • Excel, məlumatların təhlili və problemlərin həlli üzrə güclü bacarıqlar.
  • 1C və ya digər ERP sistemləri, həmçinin Power BI ilə iş təcrübəsi üstünlük hesab olunur.
  • Azərbaycan və ingilis dillərində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı.
  • Detallara diqqət və bir neçə layihə üzrə tapşırıqları müəyyən edilmiş müddətlərdə yerinə yetirmək bacarığı.

Maraqlanan namizədlər CV və müşayiətedici məktublarını e-poçtun mövzu hissəsində “Büdcələşdirmə və Xərclərə Nəzarət üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily45
  • Weekly260
  • Monthly1118