Şirkət: Azerbaijan Green Energy Company (AGEC)
İş yeri: Bakı
İş rejimi: Tam ştat
Vəzifə öhdəlikləri:
- Şirkətin qısamüddətli və uzunmüddətli maliyyə planlarının və strategiyasının hazırlanması və icrasında iştirak;
- Büdcə, maliyyə planlama və proqnozlaşdırma (forecast) proseslərinin idarə olunması;
- Büdcə–fakt müqayisələrinin aparılması, kənarlaşmaların təhlili və rəhbərliyə əsaslandırılmış hesabatların təqdim edilməsi;
- Layihələr üzrə büdcələrin hazırlanması, xərclərə nəzarət və maliyyə səmərəliliyinin təhlili;
- Pul vəsaitlərinin hərəkətinə (cash flow) gündəlik, aylıq nəzarət və likvidliyin planlaşdırılması;
- Debitor və kreditor borclarının idarə olunması, dövriyyə kapitalının effektiv optimallaşdırılması;
- Banklarla maliyyə münasibətlərinin, maliyyə öhdəliklərinin və ödəniş cədvəllərinin idarə olunması;
- Ödənişlər və sənədlərin təsdiqi (Payments and Document Approvals) prosesinə maliyyə nəzarətinin həyata keçirilməsi;
- IFRS standartlarına uyğun maliyyə hesabatlarının hazırlanması və konsolidasiyasında iştirak (P&L, Balance Sheet, Cash Flow);
- Daxili və xarici audit proseslərində iştirak və auditorlarla koordinasiya;
- Menecment üçün analitik, qərarverməyə əsaslanan maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflərin verilməsi;
- Maliyyə proseslərinin və daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi;
- Avtomatlaşdırılmış maliyyə və hesabat mühitinə nəzarətin həyata keçirilməsi;
- Maliyyə Hesabatları Hesablaşma (M.H.H.) üzrə daxili nəzarət mexanizmlərinin effektiv təmin edilməsi;
- İdarəetmə və maliyyə informasiya sistemlərinin (Management Information Systems) tətbiqi və təkmilləşdirilməsində iştirak edilməsi;
- Hesabatvermə proseslərinin (reporting) keyfiyyətinin və effektivliyinin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi;
- Tabeçiliyində olan komandanın gündəlik fəaliyyətinin koordinasiyası.
Namizədə aid tələblər:
- Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə meneceri və ya oxşar vəzifədə minimum 5 il iş təcrübəsi;
- Büdcələmə, maliyyə planlama və maliyyə hesabatları üzrə praktiki biliklər;
- IFRS üzrə bilik və tətbiq təcrübəsi;
- MS Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- ERP və maliyyə proqramları ilə iş təcrübəsi (SAP, Logo, Odoo və s. üstünlükdür);
- Analitik düşünmə və maliyyə göstəricilərini düzgün şərh etmə bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və nəticə yönümlü yanaşma;
- Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Stressə davamlılıq və eyni anda bir neçə prosesi idarə etmə qabiliyyəti.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.